Karateçilər yeni mövsümə İstanbulda başlayır

ESTAFET/ Azərbaycan karateçiləri 3-5 yanvar tarixlərində İstanbulda beynəlxalq "Bosphorus Cup" turunirində iştirak edirlər.

Yarışa Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, böyüklər, eləcə də para-karate milli komandamızın 26 üzvü yollanıb. Ənənəvi turnirdə 25 ölkədən 1316 idmançı iştirak edir. 

Müəllif: Məsim MƏSİMZADƏ