"BAKI MARAFONU 2017"YƏ HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİB
ESTAFET/ Bu gün “Bakı Marafonu 2017” ilə əlaqədar olaraq "Port Baku"da "Go Sport" idman malları mağazasında təlimə start verilib.
Təlim zamanı qısa məşqlər, qaçış texnikasının formalaşdırılması təlimçi Namiq Əsədovun göstərişi ilə həyata keçirilib. Təlimdə xarici ölkə vətəndaşları da iştirak edib. Burada sürətin artırılması, dözümlülüklə bağlı göstərişilər verilib.
Təlimlər hər həftənin şənbə günü saat 14:00-da davam etdiriləcək.
Qeyd edək ki,“Bakı Marafonu 2017” aprelin 30-da saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq.
Mənbə: Report