Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Saransk toplanışı davam edir -
Saransk toplanışı davam edir

ESTAFET/ Yunan-Roma güləşi üzrə yığmamız Rusiyada təlim-məşq toplanışını davam etdirir. Yanvarın 2-dən Saransk şəhərində hazırlıqlara start verən millimiz Mordoviya komandasıyla birgə məşqləri davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan TMT yanvarın 16-dək davam edəcək. 

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək "Qran-pri" turniri olacaq.

Müəllif: Natiq NƏSİROV