Millimiz Apeldornda ilk məşqə çıxdı

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Olimpiya Təsnifat Turnirində iştirak üçün yollandığı Niderlandda ilk məşqinə çıxıb. Hazırlıq oyunların keçiriləcəyi Apeldorn şəhərinin “Omnisport” Sarayında baş tutub.

Komandamız baş məşqçi Vasif Talıbovun rəhbərliyi altında yüngül məşqlə kifayətlənib. Bu, voleybolçularımızın zala adaptasiya olması, həmçinin start heyətin formalaşması baxımından əhəmiyyət kəsb edib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir sabah start götürəcək. Olimpiadaya vəsiqənin sahibinin adına isə yanvarın 12-də aydınlıq gələcək. Komandamız yarışda Niderland, Bolqarıstan və Polşa ilə birgə A qrupunda yer alıb.

Müəllif: Bəhruz MƏMMƏDOV