Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Azərbaycan millisinin bayraqdarının adı açıqlandı -
Azərbaycan millisinin bayraqdarının adı açıqlandı

ESTAFET/ Lozanna-2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycan millisinin bayraqdarının adı dəqiqləşib. Bu funksiyanı yarışdakı yeganə təmsilçimiz Yekaterina Ryabova yerinə yetirəcək.

Milliləşən fiqurlu konkisürən və nümayəndə heyətimiz İsveçrəyə yanvarın 8-də yollanacaq. Buraya idmançı ilə yanaşı, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov daxildir.

Qeyd edək ki, millimiz Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək. Yanvarın 9-22-də keçiriləcək yarışda 79 ölkədən 1872 atlet mübarizə aparacaq.

Müəllif: Məsim MƏSİMZADƏ