CÜDOÇULAR ANTALYADAN 9 MEDALLA QAYIDIRLAR

ESTAFET/ Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb. Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl, Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (90+) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb.

 

Xatırladaq ki, yarışın ilk günü də Azərbaycan milli komandası üçün uğurlu olmuşdu. İlk gündə yeniyetmə cüdoçularımız 3 qızıl və 1 bürünc medal - Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) qızıl medala, Rüfət Məmmədov (60 kq) bürünc - qazanmışdılar.

 

Beləliklə yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2- ci yeri tutub.

 

Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb. Azərbaycan yarışda 48 (45 oğlan, 3 qız) yeniyetmə cüdoçu ilə təmsil olunub.