Əliyar Ağayev Yunanıstan Super Liqasında

ESTAFET/ Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb. Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində fevralın 2-də, saat 21:30-da keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV