Uşaq sablyaçılarımız Antalya keçirilən açıq turnirdə iştirak edib
ESTAFET/ Uşaq sablyaçılarımız Türkiyənin Antalya şəhərində keçirilən açıq turnirdə iştirak edib. Qılııncoynadanlarımız arasında ən yaxşı göstərici Abbas Hüseynova məxsusdur.
2009-cu il təvəllüdlü Abbas 12 yaşlı sablyaçıların yarışında 72 idmançı arasında 9-cu yerə layiq görülüb. 2007-ci il təvəllüdlü Murad Muradov 14 yaşadək oğlan sablyaçıların yarışında 82 iştirakçı arasında ümumi sıralamada 16-cı olub. Eyni yaş kateqoriyası üzrə qızların yarışında isə 2006-cı il təvəllüdlü Fidan Quliyeva 70 iştirakçı arasında 13-cü yerdə qərarlaşıb.