Ən güclü gənc boksçular müəyyənləşib
ESTAFET/ Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 48 komandanın qatıldığı yarışda 147 idmançı mükafatlar uğrunda mübarizə aparıb.
6 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub. Boks Mərkəzində təşkil edilən yarışda bu gün final görüşləri keçirilib və ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.
Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi birinci yeri tutub. İkinci pillədə Daxili İşlər Nazirliyinin İdman Klubu qərarlaşdığı halda, “üçlüy”ü “Neftçi” İK qapayıb. Yarışın qalibi adını qazanan Murad Allahverdiyev (81 kq) birinciliyin ən texnikalı boksçusu seçilib. Həmçinin Fikrət Hacıyev ən yaxşı hakim nominasiyasında fərqlənib.
Azərbaycan birinciliyi
Final döyüşləri
49 kq. Nicat Hüseynov (Təhsil RİM) – Həsən Məlikov (Təhsil RİM) – 4:1
52 kq. Ruslan Qədirov (Abşeron İK) – Elbrus Adıgözəlov (Zenit İK)
56 kq. Əli İsgəndərov (Neftçi İK) – Əzrək Bəbirov (DİN İK, BFL) – birinci tam üstünlüklə qalib gəlib
60 kq. İlqar Salahov (Qəbələ İK) – Emin İbrahimov (Təhsil RİM) – 5:0
64 kq. Elmir Novruzov (Təhsil RİM, DİN İK) – Osman Əliyev (ROİL) – 4:1
69 kq. İsa Novruzlu (ROİL) – Səməd İsmayılzadə (Təhsil RİM) – birinci tam üstünlüklə qalib gəlib
75 kq. Eldar Babayev (Təhsil RİM, DİN İK) – Cəfər Heydərli (DİN İK) – 5:0
81 kq. Murad Allahverdiyev (DİN İK) – İbrahim Allahverdiyev (Təhsil RİM) – ikinci döyüşü davam etdirə bilməyib
91 kq. Əsəd Baxışov (Təhsil RİM, DİN İK) – Akif Həsənov (UGM13) – 5:0
+91 kq. Əhməd Əhmədov (MOİK) – Nurani Qasımov (Təhsil RİM) – birinci tam üstünlüklə qalib gəlib