Rafael qızıl, İrina bürünc üçün döyüşəcək

ESTAFET/ Karate1 Premyer Liqa turnirin Dubayda 2-ci mərhələsi davam edir. Yarışın ilk günü Rafael Ağayev (75 kq) finala yüksəlib. Rafiz Həsənov (-67 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb.

Turnirin növbəti günü daha 8 idmançımız - Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparıb.  

Onlardan yalnız İ.Zaretska bürünc medal uğrunda döyüşəcək. A.Qurbanlı, A.Mamayev və F.Əliyeva təsəlliverici görüşlərə qatılsalar da nəticədə məğlub olublar.

Müəllif: Bəhruz MƏMMƏDOV