9-CU "BÖYÜK İPƏK YOLU" TURNİRİ BAŞLAYIR

ESTAFET/ Martın 14-də ölkəmizdə ənənəvi keçirilən 9-cu “Böyük İpək yolu” beynəlxalq turnirinə start verilir. Bu dəfəki yarışda əvvəlki illərdən fərqli olaraq qadın komandaları da iştirak edəcək. Turnirdə kişilərdən ibarət Azərbaycan milli komandası ilə yanaşı, Rusiya və İran komandaları tam heyətlə yarışacaq. Bundan başqa, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qatar seçmələri də turnirdə təmsil olunurlar.

 

Qadınların mübarizəsində komandamızdan başqa Türkiyə, Ukrayna və Belarus boksçuları da çempionluq uğrunda mübarizə aparacaqlar. Ümumulikdə, 100-ə yaxın boksçunun iştirak edəcəyi turnirə martın 17-də yekun vurulacaq.