"Xırdalan" BK mövqeyini yaxşılaşdırdı
ESTAFET/ Fevralın 25-də Azərbaycan Texniki Universtitetinin idman arenasında Superliqanın 19-cu turunun 2 oyunu keçirildi. Birinci qarşılaşmada "Xırdalan" BK böyük hesabla "Sərkərdə"ni yendi 74:47. İkinci qarşılaşmada "Sıçrayış" BK "Zirvə Astaraya" layiqli müqavimət göstərə bildi. Belə ki,2-ci hissədən sonra rəqiblər arasında hesab fərqi cəmi 3 xal idi 63:68. Amma böyük fasilədən sonra "Zirvə" tədricən təşəbbüsü ələ alaraq inamlı qələbəyə imza atdı 116:98 .Bu qarşılaşmada Fuad Niftəliyev("Sıçrayış"BK) və Çarls İton ("Zirvə Astara")topladıqları 37 xalla komandalarının ən məhsuldar oyunçuları oldular.