Baş məşqçi koronavirusa görə komandadan kənarlaşdırıldı
ESTAFET/ Macarıstanın “Honved” klubu baş məşqçisi Cüzeppe Sanninonu postundan kənarlaşdırıb. Bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İtaliyalı mütəxəssis koronavirus təhlükəsinə görə müvəqqəti komandadan uzaqlaşdırılıb. Belə ki, Sannino və köməkçilərindən bəzisi bir neçə gün əvvəl İtaliyada səfərdə olub. Son günlərdə bu ölkədə koronavirusun kəskin artmasından narahat olan “Honved” rəhbərliyi isə Macarıstana qayıdan italiyalı məşqçiləri düşərgəyə burxmayıb. Onlar komandanın digər üzlərini mümkün koronavirus təhlükəsindən qorumaq üçün, Sannino və köməkçilərini karantinə alıblar. (sport24)