KLASSİKLƏRİMİZDƏN DÜNYA KUBOKUNDA NÖVBƏTİ QƏLƏBƏ

ESTAFET/ İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.

 

Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə İran, Rusiya, Qazaxıstan və Almaniya qarşılaşacaq. 

 

Yarışın ilk günündə yığmamız qrupda əsas rəqibləri olan qardaş ölkə yığması üzərində qələbə qazanıblar. Qrupun digər görüşündə isə Ukrayna yığması Belarusu 6:2 hesabı ilə məğlub edib. A qrupunda keçirilən qarşılaşmalarda isə ruslar qazaxlardan (8:0), meydan sahibləri isə almanlardan (7:1) üstün olublar. 

 

AZƏRBAYCAN - Türkiyə 5:3


59 kq: Rövşən Bayramov - Hammet Rustem 3:6 tuşe
66 kq: Kamran Məmmədov - Atakan Yüksel 2:6
71 kq: Həsən Əliyev - İ. Sönmez 1*:1
75 kq: Elvin Mürsəliyev - Emrah Kuş 3:1
80 kq: Rafiq Hüseynov - Aslan Atem 2:4
85 kq: İslam Abbasov - Metehan Başar 7:0
98 kq: Orxan Nuriyev - Cenk İldem 3:1
130 kq: Sabah Şəriəti - Ali Nail Arslan 2:0

 

Yığmamız qrupda ikinci görüşündə Belarusu da eyni hesabla məğlub edib. Qrupun digər görüşündə isə Türkiyə yığması Ukraynaya 5:3 hesabı ilə qalib gəlib. A qrupunda keçirilən mərkəzi qarşılaşma Rusiya və İran komandaları arasında baş tutub və 4:4 hesablı bərabərliklə yekunlaşıb. Lakin texniki ballara görə Rusiya yığması qalib olub. Digər görüşdə isə Almaniya Qazaxıstanı 6:2 hesabı ilə məğlub edib.

 

AZƏRBAYCAN - Belarus 5:3

 

59 kq: Taleh Məmmədov - Maksim Kazarski 1:2
66 kq: Nofəl Babayev - Yasoslav Kardaş 8:0
71 kq: Həsən Əliyev - Pavel Lyax 9:0
75 kq: Elvin Mürsəliyev - Yeqor Kasyankov 10:2
80 kq: Rafiq Hüseynov - Radik Quliyev 2:0
85 kq: İslam Abbasov - Nikolay Stadub 3:0
98 kq: Orxan Nuriyev - Yeqor Yaskoveç 7:8
130 kq: Sabah Şəriəti -
Georgi Çunaşvili 
zədəyə görə güləşmədi

 

Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. 17-də isə qrup liderləri finalda, qrup ikinciləri 3-cülük, qrup üçüncüləri 5-cilik və qrupda sonuncu yeri tutanlar isə 7-cilik uğrunda görüşəcək.