XƏZƏRDƏN BAŞLANAN SƏYAHƏT: BAKU-2017

ESTAFET/ "Xəzər dənizindən başlayan Səyahət" Bakı 2017 İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycan ərasizində təşkil olunacaq tədbirlərin proqramıdır.
İslam dinində su ünsürünə böyük önəm verilir. Su saflıq, təmizlik və şəfa rəmzidir. Möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Novruz bayramından öncə qeyd etdiyimiz çərşənbələri simvolizə edən dörd ənənəvi ünsürdən (su, torpaq, hava və od) biri də məhz sudur. Vurğulanan bütün məqamlar son dərəcə mühüm əhəmiyyət kəsb etdiyindən biz Oyunlar ərəfəsində Su ünsürünü bayram kimi qeyd etməyi seçmişik.
2017-ci ilin 5 aprel tarixində Bakı şəhərinin Daş Salnamə Muzeyində "Xəzər dənizindən başlayan Səyahət"in İlkin Təqdimat Mərasimi keçiriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu Azərbaycanın 16 guşəsindən gəlmiş uşaqlara təqdim edəcəkdir. Daha sonra hər bir uşaq "Bakı 2017 Su Səhəngi" ilə Xəzərdən götürülmüş suyu "Xəzər dənizindən başlayan Səyahət" adlı tədbirlər proqramının tərkib hissəsi olaraq, özləri ilə birlikdə yaşadıqları rayonlara aparacaqlar. Bu su Bakı şəhərinin və İslam Oyunlarının Azərbaycanın rayonlarına xatirə hədiyyəsidir.
Səyahət müddətində 16 tarixi şəhərin və su mənbəyinin ziyarət edilməsi, 3000 km-dən artıq məsafənin qət edilməsi nəzərdə tutulur. Hər bir rayon Su Mərasiminə və axşam saatlarında keçiriləcək Su Festivalına ev sahibliyi edəcəkdir. Axşam saatlarında Su Festivalları keçiriləcək. Xəzərdən başlayan səyahətin keçiriləcəyi bölgələr bunlardır: 5 aprel - Bakı; 7 aprel - Naxçıvan; 9 aprel - Astara; 11 aprel - Şirvan; 13 aprel - Sabirabad; 15 aprel - Ağcabədi; 17 aprel - Horadiz (Fizuli); 19 aprel - Gəncə; 21 aprel - Şəmkir; 23 aprel - Mingəçevir; 25 aprel - Qax; 27 aprel - Qəbələ; 29 aprel - Qusar; 1 may - Quba; 3 may - Qaradağ; 5 may - Sumqayıt.
İlkin Təqdimat Mərasiminin keçirilməsindən 37 gün sonra Səyahət Bakı Olimpiya Stadionunda başa çatacaqdır. Bu şəhərin bütün guşələrindən toplanan su 12 may tarixində Bakıya gətiriləcək və Açılış Mərasiminin tərkib hissəsi hesab olunmaqla, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarının idmançılarını salamlamasını simvolizə edəcək.