ŞƏHRİYAR "GRAND CHESS TOUR"A DƏVƏT ALDI

ESTAFET/ Şahmat üzrə nüfuzlu "Grand Chess Tour" seriyasının təşkilatçıları ilk iki mərhələ üçün dəvət ediləcək şahmatçıların adlarını açıqlayıb. İlk mərhələsi Paris (Fransa), ikinci mərhələsi isə Lyoven (Belçika) şəhərlərində keçiriəlcək turnirlərdə iştirakçılar şahmatın rapid və blits növündə yarışacaq.

 

21-25 iyun tarixlərində Parisdə baş tutacaq turnirə dəvət alan şahmatçılardan biri həmyerlimiz Şəhriyar Məmmədyarovdu. Şəhriyardan başqa Aleksandr Qrişuk (Rusiya), Veselin Toplaov (Bolqarıstan) və Etyen Bakro (Fransa) Parisdə mübarizə aparacaqlar.

 

Aniş Qiri (Hollandiya), Vasiliy İvançuk (Ukrayna), Baadur Cobava (Gürcüstan) və Vladimir Kramnik (Rusiya) isə Lyoven superturnirinə dəvət alan şahmatçılardır.

 

Xatırladaq ki, Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura, Fabiano Karuana (hamısı ABŞ), Yan Nepomnyaşiy, Sergey Karyakin (hər ikisi Rusiya), Vişvanatan Anand (Hindistan), Levon Aronyan (Ermənistan) və Maksim Vaşyer-Laqrav (Fransa) "Grand Chess Tour" seriyasının daimi iştirakçılarıdır.