"Baku Open" Beynəlxalq Karate Turniri başlanıb

ESTAFET/ 5-8 Mart tarixlərində paytaxtın Boks İdman Mərkəzində 11-ci "Baku Open" Beynəlxalq Karate Turniri başlanıb.

Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunur. Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edirlər. Fərdi və komanda yarışlarında Türkiyə, Malayziya, Misir, Gürcüsütan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir. 5 Martda böyüklər və veteranlar, ertəsi gün 16-17 yaşlı və 18-21 yaşlı gənclər, 7 Martda 14-15 yaşlı yeniyetmələr, bazar ügünü isə 613 yaşadək uşaqlar mübarizə aparacaq.

Müəllif: Natiq NƏSİROV