MFL Ladies 2020 turniri keçiriləcək

ESTAFET/ MFL 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə martın 7-də "MFL Ladies 2020" turniri təşkil edəcək. Turnirdə 4 komanda iştirak edəcək: Go Sport, Universal, Muğanbank və Bos Shelf.
MFL Arenanın meydançalarında keçiriləcək qarşılaşmalara saat 16:00-da start veriləcək. Saat 18:00-da isə final oyunu keçiriləcək. Xatırladaq ki, birinci analoji turnir 2019-cu ildə keçirilmiş və maraqla qarşılanmışdı.
