ICF cüdo yarışlarını təxirə saldı

ESTAFET/ Beynəlxalq Cüdo Federasiyası (IJF) Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salıb. Qurumun İcraiyyə Komitəsi koronavirusa görə bu qərarı qəbul edib. Bu müddət ərzində keçirilməsi nəzərdə tutulan 1 Böyük Dəbilqə (Rusiya, Yekaterinburq) və 2 Qran Pri (Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərində) yarışları təxirə salınıb.
IJF cüdo ailəsini qorumaq və dünyada ümumi təhlükəsizlik tədbirlərinə əmək etmək üçün bu addımı atdıqlarını bildirib. Koronavirusla bağlı vəziyyətin təhlükəli və kritik olduğunu vurğulayan qurum, qarşıdakı günlərdə yarışlarla bağlı daha ətraflı məlumatın veriləcəyini bildirib.
Qeyd edək ki, Gürcüstan və Türkiyədəki yarışlarda Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub. Daha öncə koronavirus səbəbindən 6 - 8 martda Mərakeşin paytaxtı Rabatda nəzərdə tutulan qran-pri turniri ləğv olunub.
