"Lokomotiv" Syomini göndərir

ESTAFET/ “Lokomotiv” bu yay klubla müqaviləsi başa çatacaq baş məşqçisi Yuri Syominlə yolları ayırmaq qərarı verib. 

Rusiya mətbuatının məlumatına görə, Moskva təmsilçisi təcrübəli mütəxəssislə əməkdaşlığı davam etdirmək fikrində deyil.

Mətbuatda yayılan məlumatlarda, "Qəbələ"nin keçmiş baş məşqçisinin yerinə Serbiya “Partizan”ının 40 yaşlı keçmiş baş məşqçisi Marko Nikoliçin gətiriləcəyi bildirilir.

Müəllif: Məsim MƏSİMZADƏ