"Liverpul"un futbolçusu "Qalatasaray"ın hədəfində

ESTAFET/ "Qalatasaray" klubu növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdırır. Türkiyənin "Sabah" nəşrinin xəbərinə görə, İstanbul təmsilçisinin idarə heyəti "Liverpul" klubunun futbolçusu Cerdan Şaqirini hədəf alıb. Belə ki, istanbullular sözügüdən futbolçunu növbəti mövsüm heyətinə qatmaqda israrlıdır. "Liverpul"da əsas heyətə düşməkdə çətinlik çəkən isveçrəli futbolçunun yayda komandasından ayrılacağı istisna edilmir.
"Qalatasaray" ilk olaraq "Liverpul"a 28 yaşlı futbolçunu icarəyə götürmək üçün müraciət edəcək. Sərbəst qalma məbləği 20 milyon avro olan təcrübəli oyunçu üçün daha sonra transfer işləmləri də başlaya bilər.
Qeyd edək ki, Şaqiri 2018-ci ildə "Stok Siti"dən "Liverpul"a transfer edilib.(offsideplus.az)
