UEFA avrokubokların final oyunlarını təxirə saldı

ESTAFET/ UEFA avrokuboklarla bağlı yeni qərar qəbul edib. Qurumun rəsmi saytında verilən xəbərə görə, Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, UEFA martın 17-də keçirilən videokonfransda Avropa Liqasının finalını iyulun 24-nə, Çempionlar Liqasının finalını isə iyulun 27-nə təyin etmişdi.
Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını da gələn ilə təxirə salıb.
