UCİ bütün yarışları iyunun 1-nə qədər təxirə saldı

ESTAFET/ Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Koronavirus pandemiyası səbəbindən bütün növlər üzrə beynəlxalq velosiped yarışlarının aprelin 3-dək dayandırılması barədə qərarını iyunun 1-dək uzadıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, daha öncə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) xüsusi risk qrupuna aid edilən ölkələrdə bütün növlər üzrə velosiped yarışlarının martın 15-dən etibarən ən azı aprelin 3-dək dayandırılması barədə qərar qəbul etmişdi.

Müəllif: Natiq NƏSİROV