Azərbaycan millisi bir pillə irəlilədi

ESTAFET/ FIVB yeni reytinq cədvəlini açıqlayıb. Siyahı voleybol üzrə Azərbaycan milli komandaları üçün uğurlu alınıb.
127 reytinq xalına malik qadınlardan ibarət komandamız bir pillə irəliləməklə, 26-cı yerə yüksəlib. Bu siyahıya Çin voleybolçuları başçılıq edirlər.
Kişi voleybolçuların cədvəlində isə yığmamız mövqeyini qoruyub. 101 xala malik milli dünyada yenə 58-cidi. Bu siyahıda isə Braziliya liderdi.
