CÜDOÇULARIMIZ QAZAXISTANI SEÇDİLƏR
ESTAFET/ Cüdo üzrə Azərbaycan milli komandası Qazaxıstanda təlim-məşq toplanışını davam etdirir. Cüdoçularımız baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.
Qeyd edək ki, millimizin qarşısında gələn ay Polşada baş tutacaq Avropa çempionatı və may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında medallar qazanmaq vəzifəsi qoyulub.
Qazaxıstandakı hazırlıqlarda milli komandamızın aparıcı üzvləri Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Elmar Qasımov, Elxan Məmmədov, Hidayət Heydərov və digərləri iştirak edirlər.