"Azərbaycan karyeramda xüsusi yer tutur"

ESTAFET/ “Neftçi”nin sabiq legioneri İqnasio Errera Azərbaycandakı karyerasını yada salıb. Çilili yarımmüdafiəçi iki komandada xoşbəxt olduğunu söyləyib: "Azərbaycan karyeramda xüsusi yer tutur. “Neftçi”də mənim üçün hər şey yaxşı idi. Orada uğurlu çıxış edir və özümü xoşbəxt sayırdım. Hamıyla yaxşı münasibət qurmuşdum. Həmçinin “Kobreola”da da xoşbəxt idim. Bu, böyük klub idi”.
Xatırladaq ki, İqnasio 2017-18-ci illərdə çıxış edib.
