Daha bir klub məşqləri bərpa edir

ESTAFET/ Belçikanın “Anderlext” klubu koronavirus pandemiyası səbəbiylə dayandırılan məşqlərini bərpa edir. Yerli mətbuatın məlumatına görə, sözügedən komanda aprelin 13-dən etibarən bir araya gələcək. Futbolçuların könüllü olaraq məşq etmək istədikləri bildirilib.
Pandemiya səbəbiylə dayandırılan Belçika çempionatında 29 tur oynanılıb. “Anderlext”lə yanaşı, bu ölkənin digər klublarından “Genk” də pandemiyaya rəğmən, məşqləri bərpa edib. (sport24.az)
