“Barselona”dan Neymarla bağlı son qərar

ESTAFET/ “Barselona” PSJ-dən Neymarı transfer etmək niyyətində deyil. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, Kataloniya təmsilçisinin koronavirus pandemiyası səbəbindən yaranacaq maliyyə itkilərinə görə braziliyalı hücumçunu transfer etməyəcəyi bildirilib.
PSJ Neymar üçün ən azı 170 milyon avro tələb edir və “Barselona” bu məbləği ödəmək gücündə deyil.
Kataloniya klubu yayda “İnter”dən Lautaro Martinesi transfer etməyə çalışacaq. Argentinalı hücumçu üçün tələb olunan məbləğ 111 milyon avrodur.
