İtaliya klubları məşqləri bərpa edir - Tarix də bəllidi

ESTAFET/ Koronavirus pandemiyası səbəbiylə dayandırılan futbol üzrə İtaliya A Seriyası klublarının məşqlərə başlayacağı vaxt məlum olub. “La Repubblica”nın xəbərinə görə, ölkənin baş naziri Cüzeppe Konte mayın 4-dən karantin rejiminin şərtlərinin yumşaldılacağını bildirib.

Sözügedən tarixdən etibarən futbolçular fərdi məşqlərə başlaya biləcəklər. Mayın 18-dən isə komanda məşqlərinə icazə veriləcək.

Bundan başqa, 2021-ci ilin yanvarınadək oyunlar azarkeşsiz keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ