Ömürlük diskvalifikasiya edildi

ESTAFET/ Misirli tennisçi Yussef Hossam ömürlük diskvalifikasiya olunub. Buna tennisdə neqativ hallarla mübarizə üzrə müstəqil orqan (TTU) qərar verib.
21 yaşlı afrikalı idmançı danışılmış oyunlarda iştirak üçün cəzalanıb. Hazırda dünyanın 820-ci tennisçisi olan misirli üç il öncə “Top-300”ə daxil idi.
Qeyd edək ki, Yussefin böyük qardaşı Karim də danışılmış oyunların iştirakçısı olub. O, 2018-ci ildə ömürlük diskvalifikasiya edilib.
