CÜDO HAKİMLƏRİMİZ İTALİYADA
ESTAFET/ Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, İtaliyanın paytaxtı Roma şəhərində məşqçilər və hakimlər üçün beynəlxalq seminar keçirilib. Avropa Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan seminarda Azərbaycan Cüdo Federasiyası da təmsil olunub. Beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov və hakim Nazim Umbayev seminarın işində iştirak ediblər.
Beynəlxalq seminarda bu ilin əvvəlində Bakıda qəbul olunan yeni qaydalar müzakirə olunub. Əsasən praktiki olaraq keçirilən məşqlərdə bütün hakimlərin səviyyəsi yoxlanılıb və yarış, hakimlik qaydaları haqqında geniş məlumatlar verilib. Sonra italiyalı idmançıların iştirakı ilə yarış keçirilib və hər bir hakim oyunları idarə edib.