Portuqaliya nəhəngləri məşqləri bərpa etdi

ESTAFET/ Portuqaliyanın “Benfika” və “Portu” klubları məşqlərə başlayıb. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

“Benfika” və “Portu”nun bütün heyəti lazımi prosedurlardan keçib və üç qrupa bölünərək, məşqlərə başlayıblar.

Koronavirusa görə dayandırılmış Portuqaliya çempionatında “Portu” liderdi. Ən yaxın izləyicisi “Benfika” onlardan bir xal geri qalır.

24-cü turdan dayandırılan Portuqaliya çempionatında sona 10 tur qalıb. (sport24.az)

Müəllif: Natiq NƏSİROV