CÜDOÇULARIMIZ TBİLİSİYƏ YOLA DÜŞÜR

ESTAFET/ Mart ayının 31-də Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Qran-Pri” yarışına start veriləcək. 3 gün keçiriləcək mötəbər turnidə Azərbaycan cüdoçuları da mübarizə aparacaq.

 

Beynəlxalq yarışda ölkəmizi Əliyeva Leyla (48 kq), Əzizova Nəzakət (52 kq), Zayirova Səkinə (57 kq), Hüseynova Xanım (63 kq), Axundova Nuriyyə (63 kq), Həsənli Günel (78 kq), Əsgərov Sahib (60 kq), Sadıqov Mehman (60 kq), Hacıağalı Orxan (66 kq), Kərimov Tərlan (66 kq), Mustafayev Elvin (73 kq), Səfərli Afiq (81 kq), Dadaşov Firudin (90 kq), Rəsullu Abdulhəqq (90 kq), Kotsoiev Zelim (100 kq), Şükürov Cəlil (100+kq) təmsil edəcəklər.