ABŞ idmançısı okeanda itdi

ESTAFET/ ABŞ idmançısı Şed Qaspard Los-Anceles çimərliklərindən birində itkin düşüb. Tanınmış restler həyat yoldaşı və 10 yaşlı oğlu ilə birlikdə okeanda çimməyə yollanıb. 39 yaşlı idmançı və oğlu, həmçinin bir qrup digər şəxslərinin suda olduğu vaxtda onları okeanın dərinliklərinə çəkən axın başlayıb. 

Xilasedicilər Qaspardı tapsa da, idmançı öncə oğlunu xilas etmələrini istəyib. Övladı sahilə çatdırıldıqdan sonra isə restlerin özü dalğaların altında qalıb və onu görən olmayıb. Onun axtarışları davam etsə də, Los-Anceles Yangınsöndürmə Xidməti idmançının artıq batdığını istisna etmir.

Müəllif: Natiq NƏSİROV