Milan klubu sponsorunu dəyişir

ESTAFET/ İtaliya klubu "İnter" titul sponsorunu dəyişmək niyyətindədir. Milan təmsilçisi "Pirelli" ilə əməkdaşlıqdan məmnun deyil.
Artıq illərdir "neradzurra"ya sponsorluq edən "Pirelli" ildə 12 milyon avro ödəniş edir. Daha 7 milyon avro isə Çempionlar Liqasına vəsiqə üçün verilib. Lakin bu məbləğ A seriyası klubunu artıq qane etmir. Onlar illik 25-30 milyon avro gəlir verəcək titul sponsoru axtarışındadırlar. "Pirelli" ilə müqavilə bitdikdən sonra "Suning Group"un yaxın əlaqələri olan "Samsung"un adının "İnter"in forması üzərində yazılması gözlənilir.
