“Feyenoord” Dirk Kuytu seçdi

ESTAFET/ “Feyenoord”la müqaviləsi gələn ilin yayında başa çatacaq baş məşqçi Dik Advokatın əvəzləyicisi məlum olub. Niderland mətbuatının xəbərinə görə, Advokatı Dirk Kuyt əvəzləyəcək.
Hazırda klubun U-19 komandasını çalışdıran Kuyt, 2021/22 mövsümündə “Feyenoord”un “sükanı arxasına” keçəcək.
39 yaşlı Kuytun köməkçiləri Henrik Larsson və Alfons Qronendeyk olacaq. (sport24.az)
