YENİYETMƏLƏR TAYLANDDA YARIŞACAQ

ESTAFET/ Bügündən etibarən Tailandın Banqkok şəhərində yeniyetmələr arasında 7-ci dünya birinciliyi keçiriləcək. Bu turnir gələn il Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

 

Aprelin 10-dək davam edəcək birincilikdə 100-ə yaxın ölkədən 445 atletin (179 qız və 248 oğlan) iştirakı gözlənilir. Azərbaycan yığması da medallar uğrunda mübarizə aparacaq.

 

Yığmamızın heyətində qızlardan Səbinə Əzimova (48 kq), oğlanlardan isə İsmayıl Məmmədov və Elməddin Hüseynov (56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Şükürlü Mayıl (85 kq), Ümidvar Bayramlı (94 kq) və Həsənbəy Həsənzadə (+94 kq) öz güclərini sınayacaqlar.