Messi Ronaldunu iki dəfə üstələləyir - ARAŞDIRMA

ESTAFET/ Sport.es saytının xəbərinə görə, Niderlandın “SciSports” informasiya şirkəti və Belçikanın Löven Universiteti Lionel Messi ilə Kriştianu Ronaldunun oyun keyfiyyətlərini araşdırıb. 

Mütəxəssislərin apardıqları təhlillər nəticəsində məlum olub ki, argentinalı futbolçu öz oyunu ilə həmkarını iki dəfə üstələyir.

Tədqiqatla futbolçunun oyun zamanı etdiyi hərəkətlərin görüşün nəticələrinə təsiri qiymətləndirilib.

Araşdırma zamanı məlum olub ki, L.Messi topla daha çox hərəkət edir, qol vəziyyətlərinin təşkil olunmasında rəqibini üstələyir və oyunun nəticəsinə Ronaldudan daha çox təsir göstərir.

Müəllif: Natiq NƏSİROV