Azərbaycan Milli Olimpiya Komitəsinə pul ayrıldı

ESTAFET/ Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) koronavirus pandemiyası səbəbindən milli olimpiya komitələrinə maliyyə yardımı edəcək. ANOC Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək ölkələrə hazırlıq prosesi üçün ümumilikdə 11 milyon 650 min dollar pul vəsaiti ayırıb.
Həmin məbləğ 206 milli olimpiya komitəsi arasında bərabər bölünəcək. Bu isə o deməkdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin payına 56 min 550 dollar düşəcək.
Qeyd edək ki, Tokio-2020-də gələn il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
