VOLEYBOLÇULAR FUTBOL MEYDANINDA
ESTAFET/ Kişi voleybolçular arasında Dünya Liqasının final oyunu futbol meydanında keçiriləcək. Qarşılaşma Braziliyanın Kuritiba şəhərinin 43 min tamaşaçı tutumuna malik “Arena de Bayşada” stadionunda baş tutacaq.
36 komandanın mübarizəyə başladığı yarışın final mərhələsi isə iyunun 4-8-də olacaq. Burada planetin 6 ən güclüsü qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu, FIVB-in bayrağı altında keçirilən yarışlar tarixində ikinci oyundu ki, futbol meydanında təşkil olunacaq. 2014-cü ildə Polşada keçirilən dünya çempionatının açılış oyunu Varşavadakı 63 min tutuma malik Milli stadionda keçirilmişdi.
Mənbə: APASport