Beyl "Real"da qalır

ESTAFET/ Uels milli komandasının futbolçusu Qaret Beylin gələcək karyerasına aydınlıq gəlib. İspaniya “Real”ı britaniyalı futbolçunu heyətində saxlayacaq.

Klub rəhbərliyi Qareti müqaviləsinin sonunadək saxlamaq niyyətindədir. Onun anlaşması 2022-ci ilin iyununda başa çatacaq.

Qeyd edək ki, bir müddət öncə “Real”ın həkimi Beyli nə vaxtsa gördüyü ən yaxşı idmançı adlandırıb.

Müəllif: Orxan NOVRUZOV