Rusiyanın daha bir klubunda kütləvi yoluxma

ESTAFET/ Rusiyanın daha bir klubunda kütləvi koronavurs infeksiyasına yoluxma halı aşkarlanıb. "Rostov"dan sonra Premyer Liqanın digər təmsilçisi "Orenburq"da 8 nəfərin virusa yoluxduğu açıqlanıb.

Bildirilib ki, aparılan testlərdən sonra 6 futbolçu və 2 klub işçisinin nəticəsi müsbət çıxıb. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıb. Komanda Premyer Liqa çərçivəsində növbəti oyununu isə iyunun 27-də "Krasnodar"a qarşı keçirəcək.

Qeyd edək ki, "Rostov"da kütləvi yoluxma olduğundan, komanda "Soçi" önünə U-17 komandasının üzvləri ilə çıxıb və 1:10 hesabı ilə məğlub olub.

Müəllif: Məsim MƏSİMZADƏ