Niderlandda yeni mövsümün start tarixi açıqlandı

ESTAFET/ Futbol üzrə Niderland çempionatında yeni mövsümün başlayacağı tarix müəyyənləşib. Erediviziyada yeni mövsümə sentyabrın 12-də start veriləcək.
Sentyabrdan oyunlarda azarkeşlərin iştirakına da icazə veriləcək. Lakin bunun üçün oturacaqlar arasında 1,5 metr məsafə olmasının məcburi olduğu qeyd olunub.
Erediviziyada cari mövsüm koronavirus səbəbiylə ləğv edilib.
