Dünya çempionatı təxirə salındı

ESTAFET/ Gənc boksçular arasında dünya çempionatı təxirə salınıb. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) 2020-ci ildə Polşanın Keltse şəhərində keçirilməli olan oğlanlar və qızlar arasında mundialın vaxtını dəyişib.
Buna koronavirus pandemiyası səbəb olub. Yarış 2021-ci ildə baş tutacaq. Çempionatın aprelin 10-24-də təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, gənclərin dünya çempionatında 2002-2003-cü il təvəllüdlü boksçular qüvvəsini sınayacaq.
