AĞIRLIQQALDIRMA ÜZRƏ AVROPA ÇEMPİONATI - I GÜN NƏTİCƏLƏRİ
ESTAFET/ Bugündən Xorvatiyanın Split şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürüb. Çempionatda 42 ölkədən 324 (144 qadın, 180 kişi) ağır atlet Avropanın ən güclüsü adı uğrunda mübarizə aparacaq.
Çempionatın ilk günündə kişilər 56 və 62 kq, qadınlar isə 48 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Mübarizənin yekununda mükafatçılar aşağıdakı kimi formalaşıb.
QADINLAR: 48 KQ
№ | İdmançı | Ölkə | Birdən | Təkan | Yekun |
1 | Anais Mişel | FRA | 80 | 100 | 180 |
2 | Monika Şengeri | ROU | 85 | 94 | 179 |
3 | Elena Andries | ROU | 75 | 89 | 164 |
KİŞİLƏR: 56 KQ
№ | İdmançı | Ölkə | Birdən | Təkan | Yekun |
1 | Mirko Skarantino | ITA | 120 | 146 | 266 |
2 | Yuri Dudoglo | MDA | 115 | 146 | 261 |
3 | İlie Çiotou | ROU | 111 | 131 | 242 |
KİŞİLƏR: 62 KQ
№ | İdmançı | Ölkə | Birdən | Təkan | Yekun |
1 | Hursit Atak | TUR | 130 | 160 | 290 |
2 | Bünyamin Sezer | TUR | 135 | 154 | 289 |
3 | Feliks Xalıbəyov | RUS | 131 | 154 | 285 |