AĞIRLIQQALDIRMA ÜZRƏ AVROPA ÇEMPİONATI - II GÜN NƏTİCƏLƏRİ

ESTAFET/ Xorvatiyanın Split şəhərində 42 ölkədən 324 (144 qadın, 180 kişi) ağır atletin mübarizə apardığı ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 


Bu gün çempionatda ikinci yarış günü idi. Qadınların 53 və 58 kq çəki dərəcəsindəki mübarizədən sonra qaliblər müəyyənləşib.

 

QADINLAR: 53 KQ  

   İdmançı  Ölkə  Birdən  Təkan  Yekun
 1  Joanna Loşovska  POL  86  106  192
 2  Ateneri Hernandez  ESP  86  105  191
 3  Lyudmila Pankova  BLR  83  106  189

 

QADINLAR: 58 KQ 

   İdmançı  Ölkə  Birdən  Təkan  Yekun
 1  Natalya Xlestkina  RUS  95  119  214
 2  Rebeka Koha  LAT  95  118  213
 3  Madalina Molie  ROU  94  114  208