AĞIRLIQQALDIRMA ÜZRƏ AVROPA ÇEMPİONATI - III GÜN NƏTİCƏLƏRİ
ESTAFET/ Xorvatiyanın Split şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Çempionatda 42 ölkədən 324 (144 qadın, 180 kişi) ağır atlet Avropanın ən güclüsü adı uğrunda mübarizə aparır.
Çempionatın üçüncü yarış günündə kişilər 69 kq, qadınlar isə 63 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Mübarizənin yekununda mükafatçılar aşağıdakı kimi formalaşıb.
QADINLAR: 63 KQ
№ | İdmançı | Ölkə | Birdən | Təkan | Yekun |
1 | Loredana Toma | ROU | 100 | 126 | 226 |
2 | Tatyana Aleyeva | RUS | 98 | 125 | 223 |
3 | Tima Turiyeva | RUS | 97 | 121 | 218 |
KİŞİLƏR: 69 KQ
№ | İdmançı | Ölkə | Birdən | Təkan | Yekun |
1 | Bernardin Matan | FRA | 140 | 180 | 320 |
2 | Oleq Çen | RUS | 150 | 169 | 319 |
3 | Robert Yoaxim | GER | 141 | 176 | 317 |