Xayme və Miçel şəxsi təyyarə ilə Azərbaycandan getdilər

ESTAFET/ “Qarabağ”ın yarımmüdafiəçiləri Xayme Romero və Miçel Azərbaycanı tərk ediblər. İspaniyalı legionerlər ölkəsinə yollanıblar.

Onlar paytaxtımızdan sifariş etdikləri şəxsi təyyarə ilə ayrılıblar. Romeronun həyat yoldaşı da İspaniyaya yollanıb. Prineyli futbolçuların dönüşü “Qarabağ”ın icazəsi ilə reallaşıb.

Futbolçuların Bakıya nə vaxt qayıdacağı dəqiq bilinmir. Bu, Ağdam klubunun hazırlıq planından asılı olacaq. (sportinfo.az)

Müəllif: Estafet.az