AĞIRLIQQALDIRMA ÜZRƏ AVROPA ÇEMPİONATI - V GÜN NƏTİCƏLƏRİ
ESTAFET/ Xəbər verdiyimiz kimi, Xorvatiyanın Split şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Çempionatda 42 ölkədən 324 (144 qadın, 180 kişi) ağır atlet Avropanın ən güclüsü adı uğrunda mübarizə aparır.
Çempionatın beşinci günündə kişilər 85 kq, qadınlar isə 75 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Çəki dərəcələrinin mükafatçılarını sizlərə təqdim edirik.
QADINLAR: 75 KQ
№ | İdmançı | Ölkə | Birdən | Təkan | Yekun |
1 | Lidia Valentin | ESP | 115 | 137 | 252 |
2 | Mariya Vostrikova | RUS | 113 | 125 | 238 |
3 | Sona Poqosyan | ARM | 101 | 126 | 227 |
KİŞİLƏR: 85 KQ
№ | İdmançı | Ölkə | Birdən | Təkan | Yekun |
1 | Oleksandr Pelişenko | UKR | 175 | 211 | 386 |
2 | Artem Okulov | RUS | 165 | 212 | 377 |
3 | Krzistof Zvariçz | POL | 159 | 199 | 358 |