UCI dünya çempionatını təxirə saldı
ESTAFET/ Velosiped idmanının BMX növü üzrə dünya çempionatı ləğv edilib. Bu barədə qərarı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) verib.
2020-ci ildə keçirilməli olan yarış koronavirus pandemiyası üzündən baş tutmayacaq. ABŞ-ın Hyuston şəhərindəki mundial mayın 26-31-də təşkil olunmalı idi. Azərbaycan velosipedçilərinin də iştirak etməli olduğu yarış qeyri-müəyyən müddətə təxirə salınsa da, təşkilatçılar sonda ləğv qərarı verib.
Qeyd edək ki, növbəti mundial 2021-ci il avqustun 20-25-də Niderlandda baş tutacaq.